Dövlət orqanı

Azərbaycan Respublikası Hesablama Palatası

Azərbaycan Respublikası Hesablama Palatasının rəsmi veb saytının hazırlanma mərhələsi
sai.gov.az

Hazırlanma mərhələsi

Bu gün sizə Hesablama Palatasının rəsmi veb səhifəsi haqqında məlumat verəcəm. Hesablama Palatası Milli Məclis tərəfindən yaradılan, Azərbaycanın Ali Audit Qurumudur. Saytın həm frontend (Vue) həm də backend (Node.js) hissəsi mənim tərəfimdən hazırlanmışdır. Sayt təxminən 2 ay müddətində hazırlanmışdır və hazırda rəsmi istifadədədir.

Funksionallıq

  • Çoxdilli dəstək (AZ, EN)
  • Xəbərlər və elanların idarə edilməsi
  • Hesabatların dərc olunması və yüklənməsi
  • Bütün məlumatların admin paneldən idarə olunması
  • Hüquqi sənədlər
  • Axtarış sistemi

Frontend

Sayt tamamilə SPA (Single Page Application) texnologiyasıdır.
Saytda Bootstrap ilə yanaşı bəzi hissələrdə native CSS istifadə edilib.

İstifadə edilən modullar:

  • Vue Router
  • Vuex
  • Axios

Backend

Backend Restful API arxitekturasını təmin edir. Hər bir Request URL üçün router-lar bölünüb və controller, modellər tətbiq olunub.

İstifadə edilən modullar:

  • Express
  • Nodemailer
  • Multer
  • Jsonwebtoken
  • Bcryptjs

Təhlükəsizlik və optimizasiya

  • Parollar bcrypt ilə şifrələnir
  • JWT ilə authentication və authorization təmin edilir
  • Fayl yükləmələri Multer vasitəsilə idarə olunur
  • Sayt responsiv dizaynla hazırlanıb və mobil cihazlara tam uyğunlaşdırılıb